Neymar məşqlərə başladı
Braziliyalı futbolçu Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandası ilə məşqlərini bərpa edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Goal” nəşri məlumat yayıb.
Komandanın baş məşqçisi Xorxe Xesus bildirib ki, futbolçu artıq idman zalında topla işləyə bilir, lakin onun yaxın aylarda matçlarda iştirak etmək ehtimalı azdır. Mütəxəssis qeyd edib ki, futbolçunun vəziyyətini qiymətləndirmək üçün vaxt lazımdır.
Qeyd edək ki, Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın “Paris Saint-Germain” klubundan “Əl-Hilal” klubuna keçib. O, yeni komandasında 5 oyun keçirib və bir qol vurmağı bacarıb. Oktyabrın 18-də Neymar Uruqvayla Braziliya matçında dizindən zədə alıb. Onun sağalmasının 10 ay çəkəcəyi gözlənilir.
Xatırladaq ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. “Barselona”nın üzvü kimi o, iki dəfə (2014/15, 2015/16) İspaniya çempionu olub və üç dəfə İspaniya kubokunun qazanıb. 2014/15 mövsümündə kataloniyalılar Çempionlar Liqasının qalibi olub.
2010-cu ildən Neymar beynəlxalq arenada Braziliya millisində çıxış edir. 2016-cı ildə o, millinin heyətində olimpiya çempionu olub.