EN

De Blekerdən "Neftçi" - "Sumqayıt" matçındakı mübahisəli epizodlarla bağlı açıqlama

style='margin-bottom:10px;'>

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Misli Premyer Liqasının 8-ci turunda keçirilən "Neftçi” - "Sumqayıt" oyununda (1:1) qeydə alınan mübahisəli epizodlarla haqda açıqlama verib.

QOL.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis 55-ci dəqiqədə Kilan Lebonun (*Neftçi) epizoduna və 63-cü dəqiqədə Yuri Matiasla Roy Kehat arasında baş verənlərə aydınlıq gətirib.

55-ci dəqiqədəki epizod

“Neftçi”nin oyunçusu (Kilan Lebon) meydanın özlərinə aid hissəsində “Sumqayıt”ın futbolçusunun (Roi Kehat) formasından tutur. Tutma anında “Sumqayıt”ın futbolçusu “Neftçi”nin üç oyunçusunun əhatəsindədir. Nəticə olaraq perspektivli hücum dayandırılmır və sarı vərəqə verilməməlidir. Əgər “Neftçi”nin oyunçuları yaxınlıqda olmasaydı, hakimin qərarı fərqli olardı və sarı vərəqə gözlənilirdi. Çünki bu halda perspektivli hücumun dayandırılması müzakirəsi aparıla bilərdi.

63-cü dəqiqədəki epizod

Bu situasiyada cərimə meydançasının içində “Neftçi”nin oyunçusu (Yuri Matias) ilk olaraq topa toxunur. Onun təbii hərəkəti nəticəsində “Sumqayıt”ın hücumçusu (Roi Kehat) ilə (futbol təması) yüngül kontakt yaranır və hücumçunu yıxır. Çox önəmli texniki kriteriya, müdafiəçinin ilk olaraq topa toxunmasıdır. Bu səbəbdən də hakimin qərarı doğrudur. Topla əlaqə olmasaydı, bu situasiya fərqli qərarla nəticələnərdi.

Beləliklə, Frank De Bleker hər iki epizoda matçın baş hakimi Cavid Cəlilovun doğru qərar verdiyini bildirib.

Chosen
98
21
teleqraf.com

10Sources