Böyük ustad, şair, aşıq Ələsgərin abidəsinin polemikaya səbəb olması ilə bağlı oxucularımıza müasir heykəltəraşlığın parlaq nümunələrindən 20-sinin fotoşəklini təqdim edirik.
1. Lülləsi düyünlənmiş tapançanın bəşəriyyətə verdiyi mesajın nə olduğunu şərh etməyə ehtiyac yoxdur. Bunu hamı bilir.
2. Bu, 1-ci dünya müharibəsində Anadolu türklərinin Antanta qüvvələrinə müqavimət səngəridir. Türkiyədə, Eceabat qəsəbəsindədir.
3. Bu sadə monument “Üfüqlər” adlanır, Neyl Dauson tərəfindən yaradılıb. Yeni Zelandiyadadır.
4. Az qala heykələ yox, həyatdan çəkilmiş fotoşəkilə oxşayan abidənin adı “Mal-qaranın aparılması”dır. ABŞ-nin Texas ştatındadır.
5. Bu əsər “Polisə zarafat” adlanır. Belçikadadır. Orda da polislə zarafatın axırı belə bitir.
6. Bu, “Səmaya gedən sonsuz pilləkən" heykəlidir. David MakKraken yaradıb. Avstraliyadadır.
7. “Səyyah” heykəli. Fransanın Marsel şəhərindədir.
8. Slovakiyanın Bratislava şəhərində kanalizasiya işçisinə abidəni elə küçədə, kanalizasiya quyusunun üstündə qoyublar.
9. “Sallanmış adam” heykəli Çexiyanın paytaxtı Praqdada qoyulub. Həyat eşqini simvolizə edir.
10. Böyük rumın şairi Mixay Emineskunun heykəli. Buxarestdədir.
11. Robert Qlen “Mustanqlar” heykəli. ABŞ-də, Texasdadır.
12. Cənubi Afrika Respublikasında siyasi xadim Nelson Mandelaya belə bir abidə qoyublar.
13. “Çay kənarındakı insanlar” abidəsi Sinqapurdadır.
14. Avstraliyada donuzlar hörmətli məxluqlardır. Adeliada şəhərində onlara abidə qoyublar.
15. ABŞ-da, Oreqonda “Qızıl balıq” heykəli.
16. Avstaliyanın Melburn şəhərində qoyulmuş “Batan kitabxana” əsəri günümüzün reallığı ilə yaxşı səsləşir.
17. Böyük Britaniyanın paytaxtı Londonda hörümçəyə abidə qoyublar.
18. , İsveçrənin Qlarus şəhərindəki bu sadə heykəl “Qayğıkeş əl” adlanır.
19. Yoldan keçən naməlum adamların abidəsi Polşanın Vroslav şəhərindədir.
20. Macarıstanın Budapeşt şəhərində qoyulmuş “Dunay sahillərində ayaqqabılar” əsəri ya çayda çimənləri simvolizə edir, ya da çayda batanları. Bəlkə də hər ikisini
Musavat.com