Hazırda paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforlar işləmir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, buna səbəb ərazidə elektrik təchizatının kəsilməsidir:
“Problemin qısa müddət ərzində aradan qaldırılması məqsədilə işlər görülür.
Sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur”.
***
NİİM-dən bildirilib ki, Xətai rayonu, 8 Noyabr prospekti ilə Süleyman Əhmədov küçəsinin kəsişməsində olan işıqforların işi bərpa olunub. Hazırda prospektdən sürücü və piyadalar təhlükəsiz şəkildə yollarına davam edirlər.
Qeyd edək ki, işıqforların işləməməsinə səbəb ərazidə elektrik təchizatının kəsilməsi olub.