Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi yeni baş nazir Şiqeru İşibanın rəhbərliyi altında işləyəcək nazirlərin siyahısını açıqlayıb.AFN.az xarici mediaya istinadən xəbər verir ki, əvvəlki tərkibdən fərqli olaraq, bu dəfə Rusiya Federasiyası ilə iqtisadi əməkdaşlıq üzrə nazir postu və təyinat açıqlamayıb. Qeyd olunur ki, yeni hökumətin iqtisadi blokunda dəyişikliklər olub. Beləliklə, Nazirlər Kabinetinin keçmiş baş katibi Katsunobu Kato Maliyyə Nazirliyinin rəhbəri, əvvəllər bu idarənin rəis müavini vəzifəsində çalışmış Yoji Muto isə iqtisadiyyat, ticarət və sənaye naziri olacaq.Mutonun rəhbərlik etdiyi nazirliyin rəhbəri əvvəllər eyni vaxtda Rusiya ilə iqtisadi əməkdaşlığa cavabdeh nazir vəzifəsində çalışıb. Moskvaya qarşı sanksiyaların tətbiqindən sonra bu vəzifə saxlanılıb. Keçmiş baş nazir Fumio Kişida qeyd edib ki, bu nazir digər məsələlərlə yanaşı, yapon şirkətlərinin Rusiya bazarını tərk etməsinə kömək edəcək. İqtisadiyyat nazirinin əlavə postları arasında bu vəzifənin adı çəkilmədiyi üçün qurum onun ləğv olunacağı qənaətinə gəlib.