EN

Əmək qabiliyyətli yaşda ölənlərin sayı ARTIR - STATİSTİKA

Azərbaycanda dünyasını dəyişən insanlar arasında əmək qabiliyyətli yaşda olanların payında artım müşahidə edilir.

 

Sfera.az xəbər verir ki, 2000-ci ildə dünyasını dəyişənlərin 26 faizi, 2013-cü ildə 30 faizi əmək qabiliyyətli yaşda olduğu halda, 2023-cü ildə dünyasını dəyişənlərin (60 150 nəfər) 35 faizi, yəni 21 284 nəfəri əmək qabiliyyəti yaşda olub.

 

Əmək qabiliyyətli yaşda ölənlərin xüsusi çəkisinin artmasının əsas səbəbi pensiya yaşının artırılması ilə bağlıdır. Əvvəlki illərdə kişilər 59 yaşda, qadınlar isə daha tez pensiyaya çıxa bilirdi. 2023-cü ildə isə kişilər 65 yaşda, qadınlar 63,5 yaşda pensiyaya çıxa bilib. Əmək qabiliyyətli yaş dövrünün böyüməsi dünyasını dəyişənlərin xüsusi çəkisinin də artmasına səbəb olub.

 

Əmək qabiliyyətli yaşda ölənlərin cins tərkibində isə kəskin fərq var. Bu dövrdə ölənlərin həm sayı, həm də xüsusi çəkisi kişilərdə qadınlara nisbətən daha yüksəkdir.

 

Ötən il dünyasını dəyişən hər 100 kişidən 45-46-sı əmək qabiliyyətli yaşda olub. Qadınlarda isə dünyasını dəyişən hər 100 nəfərdən 23-ü əmək qabiliyyətli yaşda idi.

 

Ümumilikdə, əmək qabiliyyətli yaşda dünyasını dəyişənlərin 71 faizi kişidir. 2023-cü ildə bu yaşda 21 284 nəfər dünyasını dəyişib və onların 15 044 nəfəri kişi, 6 240 nəfəri qadın olub. Əmək qabiliyyətli yaşda ölən kişilərin sayı qadınların sayından 2,41 dəfə çoxdur.

 

Vasif

 

 

Chosen
82
6
sfera.az

6Sources