EN

UEFA Avropa Liqası: "Qarabağ"ın mətbuat konfransının vaxtı bəlli olub

UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda keçiriləcək "Qarabağ"la İsveçin "Malmö” kollektivi arxasındakı oyundan öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlum olub.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı oktyabrın 2-də, saat 13:30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Saat 17:30-da isə media nümayəndələri üçün açıq məşq “Azərsun Arena”da keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Henrik Ryudströmün Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq mətbuat konfransı saat 18:30-da start götürəcək. İsveç təmsilçisinin eyni arenada açıq məşqi 19:00-a planlaşdırılıb.

“Qarabağ” – “Malmö” qarşılaşması oktyabrın 3-də, saat 20:45-də başlayacaq və "CBC Sport"la canlı yayımlanacaq.

Chosen
11
7
cbcsport.az

10Sources