EN

Estoniya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Estoniya millisinin UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan və İsveçə qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu barədə Estoniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Baş məşqçi Yurgen Henn C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 11-də Azərbaycan, 14-də isə İsveç millisinə qarşı Tallində baş tutacaq qarşılaşmalara 26 futbolçu dəvət edib.

Estoniya millisinin heyətində 3 qapıçı, 8 müdafiəçi, 10 yarımmüdafiəçi və 5 hücumçu yer alıb.

Qapıçılar: Karl Yakob Heyn (“Valyadolid”, İspaniya), Matvey İqonen (“Botev”, Bolqarıstan), Karl Andre Vallner (“Levadiya”);

Müdafiəçilər: Karol Mets (“Sankt Pauli”, Almaniya), Artur Pikk (“Odra”, Polşa), Yonas Tamm (“Botev”, Bolqarıstan), Marten Kuusk (“Katovitse”, Polşa), Maksim Paskotşi (“Qrasshopper”, İsveçrə), Mixael Lilander (“Payde”), Rasmus Peetson, Mixael Şenninq-Larsen (hər ikisi “Levadiya”);

Yarımmüdafiəçilər: Mattias Kayt (“Rapid”, Rumıniya), Martin Miller (“Bohemians, İrlandiya), Vlasi Sinyavski (“Slovatsko”, Çexiya), Markus Poom (“Şemrok Rovers”, İrlandiya), Mihkel Aynsalu, Yoan Yakovlev (hər ikisi “Levadiya”), Rokko Robert Şeyn (“Dordrext”, Niderland), Martin Vetkal (“Brommapoykarna”, İsveç), Kevor Palumets (HJK, Finlandiya), Patrik Kristal (“Payde”);

Hücumçular: Sergey Zenyov (“Flora”), Henri Anyer (“Li Man”, Honkonq), Erik Sorqa (“Ho Çi Min Siti”, Vyetnam), Aleks Mattias Tamm (“Nımme Kalyu”), Robi Saarma (“Payde”).

Qeyd edək ki, Estoniya – Azərbaycan qarşılaşması oktyabrın 11-də “Lilleküla” stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Estonlar millimizlə oyundan 3 gün sonra da İsveçi qəbul edəcəklər.

Azərbaycan yığması yer aldığı 1-ci qrupda hələlik 2 oyun keçirib və xal qazanmayıb. Estoniya yığması da ilk iki oyununu xalsız başa vurub. Bu komandalar İsveç və Slovakiya yığmalarına məğlub olublar.

Chosen
72
6
arena.az

10Sources