EN

Sevgilisini bıçaqladı, sonra xilas etmək istədi

Rusiyada təqaüdçü sevgilisi əvvəl bıçaqlayıb sonra xilas etmək istəyib.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hər iki içkili olub və mübahisə edib.

Kişi mətbəx bıçağını götürərək qadının qarnına iki bıçaq zərbəsi vurub. Daha sonra özünə gələn kişi yaralı qadına kömək etmək istəsə də, qadın xəstəxanada keçinib.

İstintaq zamanı təqaüdçü günahını etiraf edib və istintaqa fəal töhfə verib. Bunun hökm verilərkən nəzərə alınıb-alınmayacağına indi məhkəmə qərar verəcək. Onu, 15 ilə qədər həbs gözləyir.

 

Chosen
22
medianews.az

1Sources