EN

“Paşa Sığorta” və avtomobil şirkəti “Caspian Auto İmport” üz-üzə – Məhkəmə

Azərbaycanın avtomobil şirkəti olan “Caspian Auto İmport” məhkəməyə verilib.

Avtosfer.az xəbər verir ki, avtomobil şirkəti ilə bağlı iddianı “Paşa Sığorta” qaldırıb. Şirkətlə yanaşı prosesə cavabdeh qismində Əzizov Sahib Səməd oğlu, Əzizov Səyyad Səməd oğlu da cəlb edilib. İşin mahiyyəti ilə bağlı məlumat verilmir.

İş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 22 oktyabr tarixində hakim Raqib Qurbanovun sədrliyi ilə işə baxılacaq.

Xatırladaq ki, “Caspian Auto İmport” şirkəti 2019-cu ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 300 manatdır. Şirkətin qanuni təmsilçisi Ceyhun Abdullayevdir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

(Tribunainfo.az)

Chosen
44
1
avtosfer.az

2Sources