EN

Yaxın Şərqdə münaqişə alovlanır - ABŞ əlavə qoşunlar göndərəcək

ABŞ zərurət yaranarsa, İsrailin təhlükəsizliyini və müdafiəsini təmin etmək üçün Yaxın Şərqə əlavə qoşunlar göndərəcək”.

Missiya.Az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin sözçüsü Sabrina Sinq məlumat verib.

“Birləşmiş Ştatlar təhlükəsizliyi gücləndirmək və lazım gələrsə İsraili müdafiə etməyə hazırlaşmaq üçün Yaxın Şərqə bir neçə min əlavə hərbçi göndərir”, - deyə siyasətçi vurğulayıb.

Sinqh bildirib ki, ABŞ xüsusilə, Yaxın Şərqə F-15E, F-16, A-10 və F-22 təyyarələri, eləcə də onlara xidmət üçün əlavə personal göndərəcək. 

Daşqın HəsənovMissiya.Az

Chosen
9
1
missiya.az

5Sources