EN

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilir

Bakı, 1 oktyabr, AZƏRTAC

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilir.

AZƏRTAC xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak edirlər.

Tədbirdə, çıxışlar olacaq, təqdimat və B2B görüşlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.

Chosen
44
azertag.az

1Sources