EN

Bu Avropa ölkəsinin qapısı müsəlmanların üzünə bağlanır

İfrat sağçı Yorq Hayder Avropa İttifaqının təzyiqi ilə Avstriyada hakimiyyətdən uzaqlaşdırıldıqdan 24 il sonra ifrat sağçı ilk dəfə bu ölkədə aparıcı partiya olub. Hayderin anti-xarici və anti-immiqrasiya ideyalarından ilhamlanan bir çox populist partiyalar Avropada hakimiyyətə gəlməyə və ya iqtidar ortağı olmağa başlayıblar.

Publika.az “Hürriyet”ə istinadən xəbər verir ki, 1956-cı ildə qurulan ifrat sağçı Avstriya Azadlıq Partiyası (FPÖ) həm özü, həm də Avstriya üçün tarixi yol keçərək seçkilərdə birinci olub.

1999-cu ildə Avropa Birliyinin ifrat sağçılarla ilk ciddi sınağını yaşamasına səbəb olan Yorq Hayderin milli seçkilərdə birinci olmaq arzusunu FPÖ liderlərinin arxasında duran Herbert Kikl gerçəkləşdirib.

Avstriyada Hayder hakimiyyətə gəldikdən sonra bütün nəzarət və təzyiq mexanizmlərini işə salan Aİ görünür, çarəsizləşərək istər-istəməz populist və ifrat sağçı meylləri qəbul edib.

FPÖ-nin qələbəsi Fransada Marin Le Penin, Hollandiyada “Avropanın ən təhlükəli adamı” ləqəbli Geert Vildersin və Almaniyada AfD-nin uğurlarının davamıdır.

Qeyd edək ki, 1999-cu ildə Hayderin uğurunu “siyasi zəlzələ” kimi qiymətləndirən və daha sonra Avstriyanı faktiki olaraq siyasi blokadaya alan Aİ bəzi qismən və müvəqqəti sanksiyalar tətbiq edib. Avropada ifrat sağçıların öncüllərindən biri olan Yorq Hayder 2000-ci ildə Avstriyada koalisiya ortağı olduqdan sonra Aİ-nin təzyiqi ilə istefa verməli olub. Avropada ifrat sağçılara ilham verməyə davam edən Hayder 2009-cu ildə idarə etdiyi avtomobilin aşması nəticəsində ölüb.

Chosen
26
1
publika.az

2Sources