İraq və Suriyanın şimalında separatçı terror təşkilatı PKK-nın 13 üzvü zərərsizləşdirilib.
Bu barədə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.
Bəyanatda bu ifadələrə yer verilib:"Yorulmadan mübarizəmizi davam etdiririk. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz tərəfindən İraqın şimalındakı "Pəncək-Kilid'' əməliyyatı bölgəsində aşkar edilən 11 PKK terrorçusu ilə Suriyanın şimalındakı "Sülh çeşməsi" bölgəsində aşkar edilən 2 PKK/YPG terrorçusu zərərsizləşdirilib. Terroru mənbəyində məhv etmək üçün əməliyyatlarımızı davam etdirəcəyik''.