EN

Türkiyə və Avropa İttifaqının 2023-cü il yaşlı əhali nisbəti

 

  Türkiyə 2023-cü ildə 10,2 faiz yaşlı əhali nisbəti ilə Avropa İttifaqına (Aİ) üzv ölkələrin hamısından daha aşağı göstəriciyə malik olub. Üzv ölkələrin əhalisi ötən il etibarilə 448,9 milyonu keçib. İttifaqda yaşlı qəbul edilən "65 və daha yuxarı yaşda olan əhali" keçən il 96,4 milyonu ötüb.

  Aİ-nın ən çox əhaliyə malik üç ölkəsindəki yaşlı sayı da diqqət çəkib. Buna əsasən, Almaniya 2023-cü ildə 18,9 milyon yaşlı əhali ilə üzv ölkələr arasında ən çox yaşlısı olan ölkə sayılıb. Bu ölkəni 14,4 milyonla İtaliya və 14,2 milyonla Fransa izləyib. Sözügedən üç ölkədəki yaşlı əhalinin ümumi sayı 47,5 milyon təşkil edib ki, bu da Aİ-dakı yaşlıların təxminən yarısıdır.

  Siyahıda 4-cü sırada 9,9 milyon yaşlı əhali ilə İspaniya, 7,6 milyon yaşlı ilə Polşa yer alıb. Bu dövrdə Türkiyədəki yaşlı əhali isə 8,7 milyon olub.

  Aİ-da yaşlı əhali nisbəti ötən il 21,5 faiz olaraq müəyyən edilib. Statistikaya görə, bu ölkələrdə yaşayan hər 5 nəfərdən biri 65 və daha yuxarı yaşdadır.

  Türkiyənin yaşlı əhali nisbəti isə keçən il 10,2 faizlə Aİ ölkələrinin göstəricisindən aşağı olub.



Chosen
70
14
trt.net.tr

10Sources