Ankara, 1 oktyabr, AZƏRTAC
Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında fəaliyyət göstərən terrorçulara qarşı növbəti zərbələr endirib.
Türkiyə Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində qadağan olunmuş PKK terror təşkilatının 11 silahlısı, “Barış pınarı” əməliyyatı zonasında isə 2 terrorçu məhv edilib.
Müdafiə Nazirliyi bölgədə terror təhlükəsini tamamilə aradan qaldırmaq və son yaraqlı zərərsizləşdirilənə qədər əməliyyatları davam etdirmək əzmini vurğulayıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara