EN

Dünyanın ən bahalı çantası Moda Həftəsində nümayiş olundu

"Rabanne" moda evi Paris Moda Həftəsində dünyanın ən bahalı çantasını təqdim edib.

Publika.az xəbər verir ki, bu barədə təfərrüatlar "New York Post"da dərc edilib. Brendin sərgisində 18 karat qızıldan hazırlanmış zəncirli çanta nümayiş olunub. Bildirilib ki, məhsulun dizaynı brendin qurucusu Pako Rabannenin 1968-ci ildə fransız müğənnisi Fransuaza Hardi üçün yaratdığı qızıl və brilyantdan hazırlanmış simvolik zəncirli paltardan ilhamlanaraq hazırlanıb.

Çantanın qiyməti 250 min avrodur (470 812 manat). Qeyd edilib ki, 150 qızıl lövhədən çanta yaratmaq üçün 100 saatdan çox vaxt sərf olunub. Bu, "Rabanne" komandası və zərgər Artus Bertrandın birgə işidir.

Chosen
109
publika.az

1Sources