Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.
Korrespondent.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 1-i saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə və Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.