Yüngül çəkidə keçmiş UFC çempionu və “Şöhrət Zalı”nın üzvü rusiyalı döyüşçü Həbib Nurməhəmmədov maraqlı açıqlama verib.
Publika.az xəbər verir ki, Həbib döyüşlər zamanı rəqiblərini zədələməməyə çalışdığını deyib:
“Mən Maykl Consonla döyüşəndə onun mənim səviyyəmdə olmadığını bilirdim. Ona dedim: “Bilirsən bunun sonu necə olacaq? Təslim ol”.
Onun qolundan tutanda sındırmaq imkanım oldu, amma etmədim. Mən ona başa saldım ki, yeri döyməlidir. Bunu etdi və döyüş bitdi. Heç kim incimədi, çünki mənim məqsədim insanları incitmək deyil, çempion olmaqdır. Təbii ki, bəzən yumruq atmaq lazımdır. Bu idmanın bir hissəsidir, amma zərərdən qaçmaq imkanım olsa, həmişə başqa bir yol seçirəm.