EN

"Əfsanəvi tabor"un şəhidi Şəhriyar Quliyevin anası: "Oğlum onu göylərə apardı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Arzunun vaxtı" verilişinin yeni buraxılışı yayımlanıb.
Verilişin bu dəfəki sayında müəllif və aparıcı Arzu Kəlbi Vətən müharibəsi şəhidi Şəhriyar Quliyevin məzarını ziyarət edib.
O, məzarlıqda şəhidin anası Xalidə Quliyeva ilə həmsöhbət olub.
Müəllif bildirib ki, müharibənin yeni bitdiyi dövrdə ondan Sumqayıtda salfet satan bir oğlana yardım etməyi xahiş ediblər:
"Uşağın qaldığı yerə gedəndə gördüm ki, ora ev demək olmaz. Oğlan vaqona oxşayan yerdə anası və bacısı ilə birgə yaşayırdı. Anası dedi ki, oğlu küçələrdə salfet satanda bir oğlan onu görür. O, ona "Mən istəmirəm ki, sən küçələrdə salfet satasan. Bundan sonra sənə dəstək olacağam" deyir". A.Kəlbinin sözlərinə görə, aradan uzun müddət keçdikdən sonra oğlan gəlmir və uşaq təkrar salfet satmağa başlayır:
"Bir müddət sonra yaşadıqları yerin qapısı döyülür. Əlində aş qazanı ilə bir xanım gələrək deyir ki, sizə yardım edən mənim oğlum idi, şəhid oldu. Həmin oğlan 44 günlük Vətən müharibəsində döyüşən, canını və qanını fəda edən xüsusi təyinatlı şəhid Şəhriyar Quliyev idi".
Şəhidin anası Xalidə Quliyeva bildirib ki, oğlu ailəyə çoxlu yardımlar edib:
"Hər maaşını alanda oğlum həmin uşağın yanına gedirdi. Oğlan, oğlumu necə qucaqlayırdısa, sanki doğma atasına sarılırdı. 2 ildən çox müddət ərzində oğlum ailəyə yardımlar etdi. Sonra da özü şəhid oldu".
X.Quliyevanın oğlu şəhid olandan sonra da sözügedən ailəyə dəstəyi davam edib.
"Hər dəfə tədbirlər olanda həmin oğlan da gəlir, iştirak edirdi. Son zamanlar isə gördüm ki, daha gəlmir. Mən də onlara getdim. Gördüm ki, uşaq xəstədir, ayaqları tutulub yeriyə bilmir. Yenə də ona yardım etdik. Sonra bir gün eşitdik ki, oğlan vəfat edib. Dəfninə getdik, anası uşağı həyatda saxlaya bilmədiyini dedi. Şəhriyar gördü ki, o oğlan yenə də əziyyət çəkir, ruhu onu göylərə apardı. Bəlkə də o, indi Şəhriyarın yanındadır", - deyə şəhid anası qeyd edib.
Ətraflı Baku TV-nin süjetində:
Chosen
119
50
oxu.az

10Sources