Türkiyədə daha iki təhlükəli kriminal dəstə "çökdürülüb".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Daxili İşlər naziri Ali Yerlikaya açqılama verib.
Nazir qeyd edib ki, Manisa və Yozgat polislərinin Manisa, Yozgat, Trabzon, Tekirdağ və Hatayda koordinasiyalı həyata keçirdiyi əməliyyat zaman kriminal dəstələrin mənsublarına məxsiuus ev və iş yerlərindən xeyli sübutlar götürülüb: "Adıçəkilən cinayətklar qruplar zor tətbiq etmək, hədə-qorxu gəlməklə xərackəsmə, biznesmenlərin iş yerlərinə atəş açmaqla onları qorxutmaq, zərərçəkmişləri silahlı hədə-qorxu ilə sənəd imzalama məcburetmə, silah satışı, qəsdən yaralama, əyləncə məkanlarını zorla ələ keçirmə, vergidənyayınma, girovgötürmə, talama, sələmçilik, şantaj və sair cinayətlərdə ittiham olunurlar. Əməliyyat tədbirləri nəticəsində 8 sənədsiz tapança, 4 sənədsiz tüfəng, 7 kəsici-deşici alət, müxtəlif miqdarda narkotik vasitə, çoxlu sənədlər aşkarlanaraq götürülüb".
Nazir daha sonra kriminal dəstələrlə xəbvərdarlıq, xalqa isə "rahat olun" mesajı verib: "Əziz millətimizin bilməsini istəyirəm ki, mütəşəkkil cinayətkar təşkilatlar qazdıqları quyulara düşəcək. Böyük-kişik fərqi qoymaadn bütün mütəşəkkil cinayətkar "təşkilat"ları çökdürəcəyik".
Firudin Səfərli
MİA.AZ