Cia.az xəbər verir ki, Gürcüstan Prezidenti Salome Zurabişvili LGTB təbliğatının qadağan edilməsi barəsində qanunu imzalamaqdan imtina edib. Bu barədə TASS informasiya agentliyinə Gürcüstan Preidenti administrasiyasında məlumat verilib.Açıqlamada deyilir: "Prezident həmin qanunu imzalamayıb. Eyni zamanda veto da qoymayıb. Sadəcə, qanunu imzalamadan parlamentə qaytarıb. Bizim qanunvericiliyimizdə belə bir prosedur nəzərdə tutulub".