EN

Nuri Şahinin intiqamı ağır oldu: 11 ildən sonra…

Çempionlar Liqasının 2-ci turunda “Borussiya” Dortmundun “Seltik”lə (Şotlandiya) qarşılaşıb.
BUTA.TV Qol.az-a istinadən xəbər verir ki, matç komandaların baş məşqçiləri - Nuri Şahin (36 yaş) və Brendan Rodcersin (51) üz-üzə gəlməsi ilə də diqqət çəkib. Məsələ burasındadır ki, N.Şahin futbolçu olduğu dövrdə - 2012/13 mövsümdə Rodcersin o zamanlar başçılıq etdiyi “Liverpul”da qısa müddət icarə əsasında çıxış edib və oradan narazı ayrılıb. Tərəflər artıq 2013-cü ilin yanvarında müqaviləni vaxtından əvvəl ləğv ediblər. Buna isə Şahinlə Rodcers arasında münasibətlərin soyuması səbəb olub. Buna görə də müqavilə ilə “Real”a məxsus oyunçu icarə əsasında bu dəfə “Borussiya”ya (Dortmund) keçib.
“Liverpul”dan getdikdən sonra N.Şahin Brendan Rodcersi publik formada tənqid edib və tez-tez onu öz mövqeyində oynatmaq istəmədiyini söyləyib. Nuri Şahin həmin vaxt mediaya açıqlamasında demişdi: “Allaha çox şükür ki, Brendan Rodcersin yanından ayrıldım. Mən zəif deyildim. Brendan Rodcers mənim 10 nömrə mövqeyində çıxış etməyimi istəyirdi. Amma mən hücumçunun arxasında oynamıram”. Qeyd edək ki, bu hadisədən 11 il sonra Nuri Şahinlə Rodcers artıq məşqçi kimi qarşılaşıblar. Maraqlıdır ki, məşqçiliyə yeni başlayan türk mütəxəssis Rodcerin “Seltik”ni 7:1 hesabı ilə darmadağın edib.

İntiqam ağır oldu…

Chosen
33
3
buta.tv

4Sources