İran ordusu dünənki raket hücumuna cavab olaraq, İsrailin mümkün addımlarına hazırdır.BUTA.TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib. Onun sözlərinə görə, Tehran yalnız BMT Nizamnaməsinin 51-ci maddəsi əsasında qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları hədəfə alıb. “Əməliyyat başa çatıb. İsrailin cavab tədbirinin qarşısı İran tərəfindən sərt şəkildə alınacaq.