EN

Polis Göyçayda əməliyyat keçirdi — Saxlanılanlar var

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, əvvəllər də məhkum olunmuş  Fərid Babayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Demokrat.az-a verilən məlumata görə, ona məxsus fermadan kultivasiya edərək yetişdirdiyi çətənə kolları, marixuana və tüfəng aşkar edilib. 

Keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb. Həmin şəxslərdən heroin, marixuana və metamfetamin aşkarlanıb.

Saxlanılan şəxslərdən biri olan Fərid Qəribovun rayon ərazisində avtomobil qaçırdığı da müəyyən olunub. 

Chosen
1
22
demokrat.az

10Sources