EN

Azərbaycan millisi Estoniyanı Qəbələdə qəbul edəcək

Futbol üzrə Azərbaycan millisi növbəti matçını keçirəcək.

Qaynarinfo xəbər verir ki, yığmamız Millətlər Liqasında Estoniya millisini qəbul edəcək.

Görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

Beləliklə bu şəhər Azərbaycan futbolu tarixində ilk dəfə millinin oyununa ev sahibliyi edəcək.

Xatırladaq ki, noyabrda Bakıda COP-29 forumu olacağına görə matçın paytaxtdan kənarda keçirilməsi müzakirə olunurdu.

Azərbaycan - Estoniya matçı noyabrın 16-da saat 18:00-da keçiriləcək.

Chosen
8
5
qaynarinfo.az

7Sources