EN

Səfir Horlemann: Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır

Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır.

Bunu Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann sosial şəbəkədə yazıb.

“Almaniya – Azərbaycan əməkdaşlığının əsas məsələlərindən biri COP29-dur. Almaniya COP-un yeni sədri kimi bu vacib konfransın hazırlanmasında indiyədək əla iş nümayiş etdirmiş Azərbaycanı lap əvvəldən dəstəkləyib. Almaniya COP29-un uğurla keçirilməsində böyük marağa sahibdir”, – o qeyd edib.

Mənbə: report.az

Chosen
14
6
report.az

7Sources