EN

"Kəpəz"in dərdinə çarə tapılacaqmı?

"Kəpəz" premyer-liqanın sponsorsuz klubları sırasından çıxa bilmir. Son illərdə tarixi ad-sanını və əzəmətli günlərini xərcləməyə davam edən kollektivin maliyyə böhranına son qoyan tapılmır.

Futbolun İnkişafı Fondunun (FİF) bu yöndə səyləri də fayda vermir. Bu barədə "Football-plus.az"a qurumun icraçı direktoru Tural Piriyev məlumat verib. Onun sözlərinə görə, Gəncə təmsilçisinin sponsorla təmin edilməsi istiqamətində işlər görülür. Lakin hələ ki konkret razılıq əldə edilən şirkət və ya iş adamı yoxdu.

Əlqərəz, "sarı-göylər" böyük ehtimalla 2024/25 "futbol ili"nə də sponsorsuz başa vuracaq. Təbii ki, belə durum kollektivin mövsümün sonunda premyer-liqanı tərk etmək ehtimalını artırır.

Görünür, "Kəpəz"in dərdinə yalnız Allah çarə tapa bilər...

KƏNAN BAHADIR

Chosen
14
football-plus.az

1Sources