İtaliya liqasında 7-ci turunda lider “Napoli” evində debutant “Komo”nu 3-1 hesabı ilə məğlub edib. “Mafiyozların” qollarını Tominay, Lukaku və Neres vurub.
Yenisabah.az xarici mediaya istinadən xəbər verir ki, bu qələbə sayəsində “Napoli” xallarının sayını 16-ya çıxarıb, “Komo” isə 8 xalda qalıb.
7 turdan sonra “Napoli” “Serie A”nın lideridir. Komanda ən yaxın izləyicisi “Yuventus”u 4 xal qabaqlayır. Neapol təmsilçisi bu mövsüm İtaliya liqasının favoritlərindən hesab olunur. vakansiyalar
Telegram kanalımız