EN

Mask Trampın mitinqinə qatıldı və... ÇAĞIRIŞ ETDİ - VİDEO

ABŞ prezidentliyinə namizəd Donald Tramp milyarder İlon Maskla birlikdə təxminən üç ay əvvəl Pensilvaniya ştatının Butler dairəsində onun həyatına qəsd edilən yerdə mitinq keçirib.

Korrespondent.az bildirir ki, bu barədə CBS Nyus məlumat yayıb.

“Mən faciə və ürək ağrısından sonra Pensilvaniya və bütün Amerika xalqına sadə bir mesaj çatdırmaq üçün bu gecə Butlerə qayıtdım”, - Tramp çıxışında deyib.

Daha sonra İlon Mask səhnəyə çıxıb və noyabrda keçiriləcək prezident seçkilərini “həyatımızın ən vacibi” adlandırıb. O bildirib ki, Konstitusiyanı və demokratiyanı qorumaq üçün Tramp qalib gəlməlidir.

Qeyd edək ki, milyarderin başında “Amerikanı yenidən möhtəşəm et” şüarı yazılmış qara papaq olub.

Yeri gəlmişkən, mitinqdən əvvəl İlon Mask X sosial şəbəkəsindəki paylaşımında da yazmışdı ki, əgər prezident seçkilərində Donald Tramp məğlub olarsa, Demokrat Partiyası qeyri-leqal miqrantları kütləvi surətdə leqallaşdıracaq və “ABŞ birpartiyalı sosialist ölkə olacaq”.  

Chosen
18
1
korrespondent.az

5Sources