EN

“Nə qazanıram ki, vergi də verim, hərə bir hava çalır”

“Müğənninin işi çox çətindir. Günümüz əsəb, stresslə keçir. Toylarda 500 adamla qarşılaşırıq. Hərəsi bir hava çalır”.

Ölkə.Az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında müğənni Mətanət Əsədova deyib.

Müğənni musiqiçilərin işinin ağırlığından gileylənib. O, toya gedən sənətçilərdən vergi istənməsindən də danışıb:

“Nə qazanıram ki, vergi verim. Elə müğənni var ki, toya çox baha qiymətə gedir, vergini onlar versin. İndi o toylar yoxdur. Camaatın vəziyyətini hamı bilir. Toysuz mənə çətindir. Başqa gəlir mənbəyim yoxdur. Oxumasam, fəlakət yaşayaram”.

Sənətçi bir çox insana himayəçilik etdiyini də dilə gətirib:

“Həyatı boyu özüm üçün yaşamamışam. Özüm üçün yaşasaydım, altım dolu olardı”.

Mətanət Əsədova həmkarı Kərimin toyda fonoqram oxuduğu üçün döyülməsindən də danışıb:

“Bütün efiri fonoqram oxumaq olmaz. Kərim canlı oxuyan müğənnidir. Dostumdur, canımdır”.

Chosen
30
8
olke.az

10Sources