EN

“Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir?” adlı seminar keçirilib

5 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə "EduTime” Təhsil və İnkişaf Mərkəzi, "İslahatçı Gənclər” İctimai Birliyi və "Azxeber Media”nın təşkilatçılığı ilə "Cinemaplus”da tədbir baş tutub. Missiya.Az xəbər verir ki, dünyaca məşhur türkiyəli elm və təhsil mütəxəssisi, akademik, yazıçı Özgür Polat iştirakçılara seminar keçib.Tədbirə təhsilin müxtəlif pillələrində çalışan 200-dən çox müəllim qatılıb.Seminarı giriş sözü ilə "İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı açıb. O bildirib ki, övladların düzgün şəkildə təlim və tərbiyəsi üçün valideyn və müəllimlər paralel qaydada çalışmalıdır. F. Şahbazlı müəllimləri peşə bayramı ilə əlaqədar təbrik edib.Daha sonra çıxış edən Milli Məclisin deputatları Elçin Mirzəbəyli, Vüqar İskəndərov və Naqif Həmzəyev də müəllimləri təbrik ediblər. Sonra vurğulayıblar ki, uşaqları pis vərdişlərdən qorumaq, vətənə, millətə bağlı yetişdirmək ən prioritet amillərdən olmalıdır. Qeyd olunub ki, azyaşlıların, məktəblilərin bilik və bacarıqlarının daha da artırılması məqsədilə təhsil sistemində ciddi dəyişikliklər, islahatlar aparılmalıdır.Tədbir Elm və təhsil mütəxəssisi Özgür Bolatın "Təhsildə müəllim-şagird münasibətləri: Uğurlu və xoşbəxt uşaq necə yetişdirilir?” mövzusundakı seminarı ilə davam edib. O deyib ki, təsisçisi olduğu "Anne-baba okulu” layihəsi dünyanın bir çox ölkəsində tədris olunur. Ö. Polat Türkiyədə satış rekordu qıran iki kitabı "Beni ödülle cezalandırma” ve "Sorularla büyüyoruz” haqqında da ətraflı danışıb.Təhsil mütəxəssisi söyləyib ki, valideynlərin bir çoxu övladlarına qarşı bilərək yaxud bilməyərək doğru rəftar etmir. Ana və atalar uşaqlarına bir fərd, bir şəxs olaraq yaxınlaşmalıdırlar. Onlarla elə davranmalıdırlar ki, övlad özünü yetişkin kimi hiss etsin, özgüvənli olsun, özünün istədiyi və xoşbəxt olacağı uğurları qazansın. Özgür Bolat daha sonra seminar iştirakçılarının suallarını cavablandırıb."EduTime”nin həmtəsisçisi Hacıbəy Heydərli mühüm seminara görə Özgür Bolata təşəkkürünü bildirib və bu cür tədbirlərin davamlı olacağını deyib.Tədbirin musiqili hissəsində tanınmış müğənni Çinarə Məlikzadə sevilən mahnılarını ifa edib.Zərintac MayisqızıMissiya.Az

Chosen
9
missiya.az

1Sources