EN

Qüds briqadasının komandanı öldürülüb? - Rəsmi

SEPAH-ın Qüds Qüvvələrinin komandanı general-mayor İsmayıl Qaani sağdır.

Axar.az xəbər verir ki, bunu Qaaninin müavini, İran İnqilabı Keşikçiləri Korpusunun generalı İrəc Məscidi deyib.

Onun sözlərinə görə, Qaani sağdır və işlərilə məşğuldur.

Qeyd edək ki, 27 sentyabrda Beyruta edilən hücumlardan sonra Qaani ilə əlaqənin kəsildiyi bildirilir. Qətərli vasitəçilər də Qaani ilə əlaqə saxlaya bilmədiklərini təsdiqləyiblər.

Chosen
21
axar.az

1Sources