EN

Putin bu tarixdə Türkmənistana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 11-də Türkmənistana işgüzar səfər edəcək.

Demokrat.az
 xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Məlumata görə, Putin Aşqabadda böyük türkmən şairi və mütəfəkkiri Məqtimqulu Fəraqinin anadan olmasının 300-cü ildönümünə həsr olunmuş “Dövrlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsi” adlı beynəlxalq forumda iştirak edəcək.

Qeyd edək ki, dəvət olunan ölkələrin liderləri arasında Qazaxıstan, Qırğızıstan, Monqolustan, Tacikistan və Özbəkistan prezidentləri, bir sıra digər dövlətlərin nümayəndələri də var.

Mehriban Mirzəzadə
Demokrat.az
Chosen
4
9
demokrat.az

10Sources