EN

Korotçenko: "Azərbaycan bu gün qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən ölkələrdəndir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Qarşıdan gələn COP29 iqlim sammiti Azərbaycanın nüfuzunun göstəricisidir".
"Report" xəbər verir ki, bu barədə Moskvada jurnalistlərə açıqlmasında Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko bildirib.
"Bu gün Azərbaycana ümumi nəzər salsaq, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə qlobal beynəlxalq gündəliyi formalaşdırır. Qarşıdan gələn COP29 iqlim sammiti də Azərbaycanın nüfuzunun göstəricisidir. Onun dedikləri və həyata keçirdikləri tam üst-üstə düşür və bu, müasir dünyanın böyük hissəsindən reaksiya görür", - o deyib.
Korotçenko əlavə edib ki, Azərbaycan ərazi baxımından nisbətən kiçik ölkə olsa da, İkinci Qarabağ müharibəsində qazanılan qələbə və 2023-cü ildəki lokal antiterror tədbirləri zamanı öz suverenliyinin bərpası, eləcə də genişmiqyaslı qlobal enerji layihələrinin həyata keçirilməsi sayəsində bu gün ölkə qlobal trendləri və beynəlxalq gündəmi müəyyən edən dövlətlər sırasındadır.
"Azərbaycan Rusiyanın strateji tərəfdaşı səviyyəsinə yüksəlib. Birincisi, ölkə öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib, inamla inkişaf edir, irəliləyir. Ən əsası isə iki ölkənin prezidentləri Vladimir Putin və İlham Əliyev arasında etimad, dürüstlük və etibarlılıq var. Prezidentlər, həm də dövlətlər bir-birinə güvənə bilərlər", - o bildirib.
Korotçenko qeyd edib ki, güclü dövlətlərin bəzən manipulyasiya etməyə, digər suveren dövlətlərə təzyiq göstərməyə və "ipləri əlinə almağa" çalışdığı müasir şəraitdə Azərbaycan və Rusiya öz maraqlarını qətiyyətlə müdafiə edir.
"Rusiya və Azərbaycan o ölkələrdəndir ki, onlara təzyiq və manipulyasiya etmək mümkün deyil. Biz özümüzü təmin edirik və bu, ən vacib keyfiyyətdir. Özünü təmin etmək, ilk növbədə, siyasi sistemin, iqtisadiyyatın, maliyyənin sabitliyinə əsaslanır, amma ən əsası hər zaman və hər yerdə milli maraqların qorunmasıdır. Ona görə də prezidentlərimiz öz fəaliyyətlərində milli maraqların müdafiəsini ön planda tutan siyasətçilərdir. Bunun sayəsində hesab edirəm ki, Rusiya-Azərbaycan münasibətlərinin parlaq gələcəyi var. Biz bütün sahələrdə əməkdaşlığı inkişaf etdirəcək və gücləndirəcəyik", - o vurğulayıb.
Korotçenko həmçinin qeyd edib ki, MDB formatında regional ittifaqlar gücləndirilir.
"Bizi keçmişdə və bu gün birləşdirən cəhətlər insani əlaqələr, iqtisadiyyat və ən əsası, bir-birimizə necə və harada kömək edə biləcəyimizi, bir-birimizi necə gücləndirə biləcəyimizi anlamağımızdır. Bu mənada hesab edirəm ki, qarşıdakı sammit uğurlu olacaq və Azərbaycan, həmişə olduğu kimi, sammitə təkcə müsbət yox, həm də əsas töhfələrindən birini verəcək. Ona görə də, əlbəttə ki, Rusiyanın böyük dostu, zəmanəmizin görkəmli dövlət siyasi xadimi, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərini alqışlayırıq və tam əminik ki, həm çoxtərəfli, həm də ikitərəfli formatda danışıqlar, şübhəsiz ki, uğurlu olacaq", - deyə o fikrini tamamlayıb.
Chosen
200
50
oxu.az

10Sources