EN

Bu il xəzinənin daxili bazardan borclanması 2,5 milyard manatı keçib

2024-cü ilin 9 ayı ərində Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 2 milyard 533 milyon 209 min manat cəlb edilib.

Marja.az Bakı Fond Birjasına istinadən xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 317 milyon 476 min manat və ya 14,3% artıb. 

2023-cü ilin 9 ayı ərində Maliyyə Nazirliyi dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 2 milyard 215 milyon 733 min manat cəlb etmişdi.

Chosen
26
marja.az

1Sources