EN

İsrail ordusu “Hizbullah” qərargahının komandirini öldürdüyünü açıqlayıb

İsrail Müdafiə Qüvvələri Livan “Hizbullah” hərəkatının qərargahının komandiri Süheyl Hüseyn Hüseyninin Beyruta hücumu zamanı öldürüldüyünü bildirib...

Poliqon xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin məlumatında bildirilib. İsrail ordusu Süheyl Hüseyn Hüseyninin İran və “Hizbullah” arasında silah transferində mühüm rol oynadığını iddia edir.

“İsrail Hərbi Hava Qüvvələri Beyrut bölgəsində dəqiq, kəşfiyyata əsaslanan zərbə endirib. Zərbə nəticəsində Süheyl Hüseyn Hüseyni öldürülüb. Hüseyni “Hizbullah”ın ən mühüm layihələri, o cümlədən Livan və Suriyadan İsrailə qarşı terror hücumlarının koordinasiyası kimi xüsusi əməliyyatlar üçün büdcə və logistikaya cavabdeh idi”, deyə məlumatda bildirilir.

Qeyd edək ki, dünən, oktyabrın 7-də İsrail ordusu Livanda "Hizbullah"a qarşı hərbi əməliyyat zonasının genişləndirildiyini açıqlayıb. Bu, Livan sərhədində İsrail ordusunun bağladığı dördüncü bölgədir. İDF ilk qapalı hərbi zonanın yaradılmasını oktyabrın 1-də, Livanda məhdud hücum əməliyyatının başlamasına bir neçə saat qalmış elan edib.

Poliqon.info

Chosen
15
poliqon.info

1Sources