EN

Harris bütün dünya ölkələri arasında ABŞ-nin əsas düşmənini açıqladı: "Əlində ölkəmizin qanı var"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri ABŞ-nin vitse-prezidenti və Demokratlar Partiyasından dövlət başçılığına namizəd Kamala Harris "CBS News" telekanalına müsahibəsində deyib.
"İranın əlində ABŞ qanı var. Və İsrailə qarşı bu hücumda gördüklərimiz, 200 ballistik raket göstərdi ki, İranın heç vaxt nüvə gücünə çevriləcək imkanı əldə etməməsi üçün nə etmək lazımdır - bu mənim ən yüksək prioritetlərimdən biridir", - deyə Harris bildirib.
Bununla belə, Harris ABŞ administrasiyasının İranın nüvə silahı yaratması ilə bağlı sübutlar tapacağı təqdirdə ABŞ-nin hərbi addımlar atıb-atmayacağına dair suala cavab verməyib.
Chosen
27
50
oxu.az

10Sources