EN

Estoniya - Azərbaycan matçı irland hakimə tapşırıldı

UEFA Millətlər Liqasının qrup mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Arena.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, bu görüşü İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Qarşılaşmanın baş hakimi FIFA referisi Rob Harvey olacaq. Ona yan xətt hakimləri Robert Klark və Ueyn Makdonnel kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Rob Hennessi yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 11-də Tallindəki “Lilleküla” stadionunda baş tutacaq bu görüşün start fiti Bakı vaxtı ilə saat 20:00-da səslənəcək.

Estoniya – Azərbaycan
Baş hakim: Rob Harvey.
Baş hakimin köməkçiləri: Robert Klark, Ueyn Makdonnell
Dördüncü hakim: Rob Hennessi (Hakimlər briqadası İrlandiyadandır).
Tallin. “Lilleküla” stadionu. Saat 20:00.

Chosen
24
34
arena.az

10Sources