EN

Ermənistanda doğum və nikah azalıb, ölüm və boşanma artıb

Ermənistanda 2024-cü ilin yanvar-avqust ayları arasında 21 876 uşaq doğulub ki, bu da 2023-cü ilin eyni dövründə qeydə alınan rəqəmdən (23 551) 1 675 azdır.

Modern.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 8 ayı ərzində Ermənistanda 17 217 nəfər ölüb ki, bu da 2023-cü illə müqayisədə (16 401) 815 nəfər çoxdur.

Nikah və boşanmaların sayı baxımından da xoşagəlməz vəziyyət yaranıb. Belə ki, 2024-cü ilin yanvar-avqust aylarında 10405 nikah (2023-cü ildə 10691, yəni 286 az) və 3041 boşanma (2023-cü ildə 2949, yəni 92 çox) qeydə alınıb.

2024-cü ilin 8 ayının yekunlarına əsasən, Ermənistanı 3 milyon 168 min 452 nəfər tərk edib.

Chosen
61
modern.az

1Sources