EN

“Qərb Ermənistandan istifadə edərək sülhə ziyan vurur”- Politoloq

“Ermənistan baş naziri və xarici işlər nazirlərinin verdiyi bəyanatlarda ziddiyyət var.

Politoloq Elçin Alıoğlu bunu news365.az-a açıqlamasında deyib.

“Ermənistanın ən böyük problemi özünün müstəqil daxili və xarici siyasəti olmamasıdır. Ermənistan Baş nazirinin və Xarici İşlər Nazirinin verdiyi bəyanat arasında ciddi ziddiyət var. Bu gün Qərb birmənalı şəkildə  Ermənistandan vasitə kimi istifadə edərək Cənubi Qafqazda öz nüfuz arealını genişləndirməyə çalışır. Bunların hamısı sülhə zərbə vura biləcək məsələdir. Azərbaycanın müstəqil daxili və xarici siyasəti var və hər cür təhdidə də cavab verməyə hazırıq”-deyə politoloq bildirib.

Chosen
10
news365.az

1Sources