EN

"Siti" Rodriyə əvəzləyici tapdı

"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi "Mançester Siti"nin hədəfinə düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin sözlərinə görə, "şəhərlilər" 25 yaşlı ispaniyalını qış transfer pəncərəsi zamanı transfer edə bilər. Subimendinin klubla müqaviləsində nəzərdə tutulan təzminat 60 milyon avro təşkil edir.

"Siti" onu mövsümü zədə səbəbindən erkən başa vuran həmyerlisi Rodrinin mümkün əvəzləyicisi kimi görür.

Chosen
49
publika.az

1Sources