EN

İŞİD liderlərindən biriÖLDÜRÜLDÜ

İraqın təhlükəsizlik qüvvələri ölkənin şimalında yerləşən Salah əd-Din əyalətində fəaliyyət göstərən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının liderlərindən birini öldürüb.

Redaktor.az xəbər verir ki, bu barədə İraqın İNA agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.

"İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti aşkarlanıb”, – məlumatda bildirilib.

Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.

Chosen
137
16
redaktor.az

10Sources