MDB sammiti çərçivəsində rusiyalı jurnalistlər Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyana sülh müqaviləsinin nə zaman imzalanacağı ilə bağlı sual ünvanlayıblar.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, Əliyev və Paşinyanın cavabları maraqla qarşılanıb.
Əliyev: “Bütün məsələlər razılaşdırıldıqdan sonra razılığa gəlmək olar”.
“Nikol Vovaeviç, siz nə deyə bilərsiniz? – jurnalist soruşub.
Paşinyan: “Mən artıq öz təklifimi irəli sürmüşəm. Hesab edirəm ki, hazırda imzalanmaq üçün kifayət qədər razılaşdırılmış məsələ var”.