EN

İsrail Suriyada yaşayış binasını vurub, ölənlər var

İsrailin Suriya paytaxtı Dəməşqin Mezza məhəlləsində yaşayış binasına endirdiyi zərbələr nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə Suriya Müdafiə Nazirliyi öz "Facebook" səhifəsində yazıb.

Nazirlik bildirib ki, İsrail ordusu Colan təpələrindən üç raket atıb və Mezza məhəlləsindəki yaşayış və ticarət binasına zərbələr endirib.

Məlumata əsasən, hücum zamanı aralarında uşaq və qadınların da olduğu 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Chosen
58
7
unikal.az

10Sources