EN

İran səfirliyi yaxınlığına ağır zərbə - » AzadMedia.az



Suriyanın havadan hücumundan müdafiə sistemləri (HHM) Dəməşq üzərində raket hücumlarını dəf edir.

Azadmedia.az xəbər verir ki, bu barədə Xarici KİV məlumat yayıb.

***

İsrail Hərbi Hava Qüvvələri Dəməşqin Mazze rayonunda yaşayış binasına zərbə endirib.

Hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Məlumata görə, zərbənin endirildiyi ərazinin yaxınlığında İran səfirliyinin binası yerləşir.

***

İsrailin Suriya paytaxtının Mazze məhəlləsində yaşayış binasına endirdiyi zərbə nəticəsində azı 7 mülki şəxs həlak olub, daha 11 nəfər yaralanıb.

Bu barədə Suriya Müdafiə Nazirliyinin məlumatında deyilir.
Chosen
58
5
azadmedia.az

4Sources