EN

Millətlər Liqasının oktyabr oyunlarına hazırlığa start verilib

Azərbaycan yığması Millətlər Liqasının oktyabr oyunlarına hazırlıqlara start verib.

Fins.az xəbər verir ki, oktyabrın 7-də bir araya gələn millimiz bu gündən etibarən “Neftçi Futbol Mərkəzi”ndə məşqlərə başlayıb.

Fernandu Santuşun rəhbərlik etdiyi milli komanda sabah da eyni məkanda hazırlıqlarını davam etdirəcək və oktyabrın 9-da, saat 15:00-da Estoniyanın paytaxtı Tallinə yollanacaq. Baş məşqçi Fernandu Santuşun yetirmələri oktyabrın 10-da, Bakı vaxtı ilə saat 18:00-da “Le Koq Arena” stadionunda Estoniya millisi ilə oyunöncəsi son məşqini keçirəcək.

Millimiz Estoniya ilə oyundan bir gün sonra, oktyabrın 12-də səhər məşqə çıxacaq, saat 14:00-da isə Bakıya geri dönəcək. Oktyabrın 13-də, saat 17:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya yığması ilə oyunöncəsi son məşq baş tutacaq.

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Le Koq Arena” stadionunda Estoniya yığması ilə, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika Stadionunda Slovakiya millisi ilə qarşılaşacaq. Hər iki oyun Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
 

Zemfira Ms
Fins.az

Chosen
14
34
fins.az

10Sources