EN

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri vəfat edib

Bu barədə “Nuhçıxan” İnformasiya Agentliyindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan MSK-nın sədri Əkrəm Hüseynzadə ağır xəstəlikdən sonra bu gün vəfat edib.

Qeyd edək, Əkrəm Hüseynzadə 1983-cü ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Universitetini tarix-filologiya ixtisası üzrə bitirmişdi. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri və filologiya üzrə fəlsəfə doktoru idi.

Chosen
23
49
banker.az

10Sources