EN

İran reysləri ləğv edildi - səbəb nədir?

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli aviaşirkəti Emirates-in bu günə olan uçuş cədvəlinə əsasən, Dubaydan İrana bütün reyslər ləğv edilib.

News24.az xəbər verir ki, Emirates tərəfindən sərnişinlərinə göndərilən bildirişdə bölgədəki hadisələrin yaxından izləndiyi və mümkün yeniləmələrlə bağlı səyahətçilərlə əlaqə saxlamağa davam edəcəyi qeyd edilib.

Qeyd edək ki, İsrailin bir ildir Qəzza və Livana hücumlarından və oktyabrın əvvəlində İranın Təl-Əvivə raket hücumundan sonra Yaxın Şərqdə gərginlik daha da artıb.

Təl-Əviv rəhbərliyi İranın İsrailə raket hücumundan sonra İrana cavab hücumu planlaşdırdığını açıqlayıb.

Məryəm İlhamqızı


Chosen
5
6
news24.az

9Sources