EN

Azərbaycan yığmasının oyununa təyinatlar bilindi

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 12-də, Bakı vaxtı ilə saat 18:00-da Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda keçiriləcək Şimali İrlandiya (U-21) – Azərbaycan (U-21) oyununa hakim təyinatları açıqlanıb.

Futbolpress.az xəbər verir ki, “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq qarşılaşmanı Farer adalarından olan hakimlər briqadası idarə edəcək:

12 oktyabr

Şimali İrlandiya U-21 – Azərbaycan U-21
The Showgrounds. Saat 18:00
Baş hakim: Heyni Ziskason Voy
Baş hakimin köməkçiləri: Dan Petur Pauli Hooyqard, Jan Hermansen
Dördüncü hakim: Byarki Danielsen
(Hakimlər briqadası Farer adalarındandır)

Chosen
14
9
futbolpress.az

10Sources